Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəməsinə hakimlər təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Milli Məclis qərarlar qəbul edib.
Qərarlara əsasən, Cavadova Günay İsmayıl qızı, Əzizov Sevindik Əziz oğlu, Məcidov Rüfət Azadəli oğlu, Məmmədov Müşfiq Vaqif oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Axundov Toğrul Bəhruz oğlu,Əzizova Vəfa Ehtiram qızı, Hacıyev Vahid Məcid oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızı Şirvan Apellyasiya Məhkəməsinin, Sadiqov Zülfüqar Əhməd oğlu və Tahirov Zamin Cəbrayıl oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.