Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:00 / 21 Oktyabr 2024

Dördüncü arvad beşincini güllələdi - Ər qorxub qaçdı

1686
Tailandda evdə qətlə yetirilmiş Vassana adlı qadının qatili məlum olub.

Bakupost.az xəbər verir ki, 40 yaşlı qadının meyitini polislər evdə tapıb.

Təhqiqat nəticəsində qatilin elə həmin evdə yaşayan Tanyaporn adlı qadın olduğu üzə çıxıb.

Hər iki qadın Çatçay adlı kişinin arvadları idi. Dördüncü arvad olan Tamyaporn ərini beşinci arvada qısqanırmış. Hər gün dava edib, saçyolduya çıxan arvadları sakitləşdirmək üçün kişi öz tapançası ilə döşəməyə atəş açıb, sonra silahı unudaraq evdən çıxıb.

Bunu görən qadınlar silahı götürmək üçün əlbəyaxaya çıxıb. Bu zaman silah Tanyapornun əlində açılaraq, digərini ağır yaralayıb.
Polislər həm arvadı, həm də qaçmağa çalışan kişini tuta bilib. İndi ər-arvada hansı maddə ilə cinayət işi açılması müzakirə olunur. Hesab edilir ki, bu qətldə ər də günahkardır.

Aygün Musayeva, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar