Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:30 / 16 İyul 2024

Dövlət qurumları artıq qalan pulları niyə büdcəyə qaytarmır? - Açıqlama

2635
Məlum olduğu kimi, Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.

Maliyyə Nazirliyindən bildirilib ki, bununla bağlı təkliflər hazırlanır. Qanunvericiliyə əsasən, büdcədə qalan pul ilin sonunda büdcəyə qaytarılmalıdır. Ancaq bəzən müvafiq qurumlar vəsaiti büdcəyə geri qaytarmasınlar deyə müxtəlif yollardan istifadə edirlər. Məsələn, vəsaitin büdcədən istifadəyə yönəldiyini göstərmək üçün bəzi hallarda onu dövlət istiqrazlarında yerləşdirirlər.



Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, hazırda ölkə iqtisadiyyatında ən aktual məsələlərdən biri iqtisadiyyata yatırılan investisiyaların həcminin və onların effektivliyinin artırılmasıdır. Belə olan halda, şübhəsiz ki, büdcə vəsaitlərinin dövlət istiqrazlarına yerləşdirilməsi iqtisadi gücün əsas prioriteti hesab oluna bilməz. Çünki qiymətli kağızlara yatırımlar son nəticədə iqtisadiyyatda canlanmaya deyil, həmin vəsaitlərdən faizlərinin əldə olunmasına, yəni onların investisiyalar şəklində real istehsal sektoruna yatırılmasına xidmət edəcək:

“Bu baxımdan hesab edirəm ki, həmin vəsaitləri iqtisadiyyata, real sektora birbaşa investisiyalar şəklində yatırmaq daha məqsədəuyğundur ki, bu da iqtisadi canlanmaya və iqtisadi artımın dayanıqlı məzmun almasına şərait yaradar”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar