Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu çərçivədə, aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
Bakupost.az xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, media nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edirlər.