Son zamanlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://www.e-taxes.gov.az; https://new.e-taxes.gov.az) daxil olmaq üçün vergi orqanı tərəfindən vergi ödəyicilərinə verilmiş istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.
Bakupost.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
"Belə halların qarşısının alınması məqsədilə vergi ödəyiciləri tərəfindən bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.