Rusiya-Ukrayna münaqişəsi zonasında əsas yollar boyunca quraşdırılan şəbəkələr texnika və şəxsi heyəti kamikadze dronlardan qorumaq üçün effektiv vasitəyə çevrilib.
Bakupost.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşr vurğulayır ki, rus mühəndisləri qışdan bəri hörgü konstruksiyaları tikirlər. Dartılmış torlardan hazırlanmış hasarlar və tunellər düşmən kvadrokopterlərinin qarşısını alır.
General Karbışev adına xüsusi mühəndis-istehkamçı dəstəsinin "Aristokl” ləqəbli qərargah rəisinin sözlərinə görə, Fin müharibəsi zamanı yolların üzərində torlardan istifadə olunub. O zaman onlar sovet qırıcılarından qorunmaq üçün quraşdırılmışdı. "Aristokl" iddia edir ki, belə şəbəkələr bu gün pilotsuz təyyarələrə qarşı ən təsirli silahdır.
Zaur,BakuPosrt