Ru
23:51 / 08 Mart 2025

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vurub öldürməkdə şübhəli bilinir - YENİLƏNİB

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vurub öldürməkdə şübhəli bilinir - YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.


***
23:12

Qaxda maşın piyadanı vuraraq öldürüb.

Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar