Ru
17:21 / 06 Yanvar 2025

DSX mayoruna hücum: Dünya çempionu vəzifəsindən azad edildi - FOTO

DSX mayoruna hücum: Dünya çempionu vəzifəsindən azad edildi - FOTO
1826

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

Bakupost.az bu barədə "oxu.az"a istinadən xəbər verir.

Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.


Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.

Kikboksinq federasiyasının baş katibi İlkin Məsimzadə bildirib ki, Federasiya baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır: "Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar