Ru
16:11 / 28 May 2024

DTX-nin illər öncə həbs etdiyi baş redaktor yenidən saxlanıldı

DTX-nin illər öncə həbs etdiyi baş redaktor yenidən saxlanıldı
2272

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev yenidən həbs edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, baş redaktor Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Məlumatda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Surxay Əliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar