Ru
17:47 / 20 Yanvar 2025

DTX və XİN-dən Fərid Səfərli ilə bağlı AÇIQLAMA - FOTO

DTX və XİN-dən Fərid Səfərli ilə bağlı AÇIQLAMA - FOTO
942

İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar