Ru
12:02 / 28 Yanvar 2025

Dubaya qaçarkən Bakıda saxlanılan saxta hakim ekstradisiya olunacaq

Dubaya qaçarkən Bakıda saxlanılan saxta hakim ekstradisiya olunacaq
Eye

"Bakı hava limanında saxlanılan keçmiş hakim Yelena Xaxaleva Rusiyaya ekstradisiya olunacaq".

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" nəşri məlumat yayıb.


"Azərbaycanda saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq. Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb. Qadın pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub. Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya təhvil veriləcək”, - agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Yelena Xaxaleva 2022-ci ildə xüsusilə külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar