Ru
17:02 / 30 Yanvar 2025

Dumadan Putinə sui-qəsdlə bağlı AÇIQLAMA

Dumadan Putinə sui-qəsdlə bağlı AÇIQLAMA
777


ABŞ-nin keçmiş prezidenti Co Bayden və keçmiş dövlət katibi Entoni Blinken arasında Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı iddia edilən müzakirələr barədə məlumat təsdiqlənərsə, günahkarlar cəzalandırılmalıdır.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının teleqram kanalında məlumat verilib.

"Əgər bu məlumatlar təsdiqlənərsə, "məsul şəxslər qaçılmaz cəza ilə üzləşməlidir"", - dövlət qurumunun bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 30-da Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Konqresinə Bayden və Blinkenin Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdini müzakirə etməsi ilə bağlı məlumatla bağlı müraciət göndərib.

Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbiyə müsahibəsində bildirib Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib.

Onun sözlərinə görə, bu yanaşmanın fəal tərəfdarlarından biri keçmiş dövlət katibi Antoni Blinken olub.

"Bayden administrasiyasının etdiyi şey Putini öldürməyə çalışmaq idi”, - o vurğulayıb.

Bununla belə, Karlson sui-qəsdin təşkili üçün konkret hansı hərəkətlərin həyata keçirilə biləcəyini açıqlamayıb, həmçinin sözlərini təsdiqləyən heç bir sübut təqdim etməyib.


Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar