Ru
10:20 / 08 Yanvar 2025

Dünən “Ulduz”da relsin üstünə düşən şəxsin vəziyyəti AÇIQLANDI

Dünən “Ulduz”da relsin üstünə düşən şəxsin vəziyyəti AÇIQLANDI
1001

Ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".

Qeyd edək ki, dünən axşam saatlarında "Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar