Hansı bank etibarlıdır? - SORĞU
Ru
08:55 / 22 İyul 2024

Dünya əhalisinin sayı sürətlə artır - 2080-ci ildə 10 milyard olacaq

2431
Birləşmiş Millətlər Təşkilatının açıqladığı yeni hesabata görə, dünya əhalisi bu şəkildə artarsa, 2080-ci ildə 10 milyardı keçəcək.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ölkələrdə dünya əhalisinin azalması narahatlıq doğursa da, yeni hesabata görə, bu artım 2080-ci illərdə artaraq 10,3 milyard insana çatacaq.

Qeyd olunur ki, Çində doğuş səviyyəsinin düşməsi yeni təxminlər yaradıb. Belə ki, bu ölkədə əhalinin sayının 2024-cü ildə 1,4 milyard, 2100-cü ildə isə 633 milyon olacağı ehtimal edilir. Burada 1990-cı illərlə müqayisədə daha az uşaq doğulur.

Çin, İtaliya, Cənubi Koreya və İspaniya kimi ölkələrdə doğulan uşaqların sayı 1,4-dən az olmaqla, dünyada ən aşağı doğuş göstəricisi kimi qeydə alınıb. Qeyd olunur ki, adı çəkilən ölkələr yalnız miqrant qəbul etməklə öz əhalisini artıra bilər.



Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar