2025-ci il üzrə dünya universitetlərinin reytinqində Azərbaycanın üç ali təhsil müəssisəsi mövqeyini qoruyub və irəliləyib.
Bakupost.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
“Bakı Dövlət Universiteti (BDU) dünya universitetləri arasında ilk 1000-liyə daxil olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 1000-1200 universitetlər arasında yüksəlib. Gəncə Dövlət Universiteti isə 1000-1200 intervalında əvvəlki mövqeyini qoruyub. 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin universitetlərlə sıx əməkdaşlığı nəticəsində yerli ali təhsil müəssisələri dünya universitetlərinin davamlılıq reytinqində əhəmiyyətli irəliləyişlərə nail olub . Belə ki, davamlılıq üzrə reytinqə Azərbaycanın 5 yeni universiteti - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Texniki Universitet və Xəzər Universiteti daxil edilib. Bakı Dövlət Universiteti isə davamlılıq reytinqində daha yüksək mövqelərə irəliləyib”.
Müjdat Həsənov əlavə edib ki, “Times Higher Education” (THE) reytinqində Azərbaycan universitetləri ilk dəfə bir sıra kateqoriyalar üzrə təmsil olunub: “Bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünya üzrə ilk 1500+ intervalında yer alıb. THE-nin sahəvi reytinqlərində Bakı Dövlət Universiteti fizika, təbiət elmləri və mühəndislik sahələri üzrə təmsil olunur.