Ru
19:40 / 27 Noyabr 2024

Dünyaca məşhur rəssamın tablosu rekord qiymətə satıldı

Dünyaca məşhur rəssamın tablosu rekord qiymətə satıldı
Eye


Yeni Zelandiyalı rəssam Goldinin Mauriya liderini təsvir etdiyi tablo 2,2 milyon dollara satılıb.

Bakupost.az xarici KİV-əistinadən xəbər verir ki, bu əsərin Goldinin ən yüksək qiymətə satılan işi olduğu bildirilib.

Yeni Zelandiyada yerləşən Beynəlxalq İncəsənət Mərkəzinin verdiyi açıqlamaya görə, sənət dünyası tərəfindən baş əsər kimi qəbul edilən bu tablo, ölkənin incəsənət tarixinə bir hərracda ən yüksək qiymətə alıcı tapan əsər kimi daxil olub.

Goldinin Mauriya icmasının yaşlılarını və mədəniyyət xadimlərini sənədləşdirən işləri ölkənin bədii irsində mühüm yer tutur.

Rəssamın 1938-ci ildə tamamladığı yağlı boya tablosu "Thoughts of a Tohunga" ("Tohunganın Düşüncələri") da bu işlərdən biridir.

Tabloda təsvir edilən Mauriya tayfalarından Ngati Manava ruhani lideri Vharekauri Tahuna, yerli xalqın mədəniyyətinin qorunmasında əhəmiyyətli bir simvol kimi tanınır.

Tahunanın üzündəki "moko" (ənənəvi Mauriya döyməsi) və boynundakı ənənəvi boyunbağı "hei-tiki" ilə təsvir edildiyi tablo, sənət tənqidçiləri tərəfindən Goldinin ən uğurlu əsəri və Mauriya portret sənətinin zirvəsi kimi qiymətləndirilir.

Rəhman Mirzəlizadə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar