Ru
14:26 / 18 Dekabr 2024

Dünyaca məşhur supermodel EVLƏNİR - FOTO

Dünyaca məşhur supermodel EVLƏNİR - FOTO
Eye

"Victoria's Secret" mələyi, supermodel Adriana Lima sevgilisi, prodüser Andre Lemmerslə evlənib.

Bakupost.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə podium ulduzu "Instagram"da məlumat paylaşıb,

43 yaşlı Adriana Lima Andre Lemmerslə əl-ələ tutduğu fotonu yayımlayıb. Supermodel və prodüser səhra fonunda toy üzükləri taxaraq fotolar çəkdiriblər.

2022-ci ilin avqustunda Adriana Lima və prodüser Andre Lemmersin bir oğlu olub. Supermodel və prodüser uşağa Sayan adını verib. Victoria's Secret mələyinin keçmiş əri, serb basketbolçu Marko Jaricdən Valentina və Sienna ilə iki qızı da var. Cütlük 2009-2016-cı illərdə evli olub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar