Ru
09:50 / 14 Yanvar 2025

"Dünyadakı bütün uğurları bu kluba arzulayıram” - Juninyonun həyat yoldaşı

"Dünyadakı bütün uğurları bu kluba arzulayıram” - Juninyonun həyat yoldaşı
Eye

“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və Ağdam klubuna təşəkkür edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”, - deyə o bildirib.

Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar