Ru
16:11 / 18 İyul 2024

Dünyadan təcrid olunmuş Maşko Piro qəbiləsi... - FOTO

4396
Perudakı Amazon cəngəlliklərində dünyadan tamamilə təcrid olunmuş Maşko Piro qəbiləsinin bir çox üzvü meşədən uzaqda, çayın kənarında görüntüləniblər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntüləri yerli icmaların hüquqlarını müdafiə edən “Survival International” təşkilatı yaydıb. Las-Pedras çayının sahilində çəkilən görüntüklərdə 50-dən çox Maşko Piro qəbiləsinin üzvləri əks olunub.
Araşdırmaçı Teresa Mayo bildirib ki, Maşko Piro qəbiləsi dünyadan təcrid olunmuş ən böyük qəbilədir. Mayo qəbilənin bu qədər üzvünü bir yerdə görməyin qeyri-adi olduğunu bildirib. Onun sözlərinə görə, onlar qida axtardıqlarına görə bir araya gəliblər.

Yerli qəbilələrin hüquqlarını müdafiə edən fəallar onların son həftələrdə qida axtardıqlarına görə meşədən kənara çıxmağa başladıqlarını bildiriblər. Buna səbəb isə meşələrin məhv edilməsidir. Ağaclar kəsildiyinə görə yerli qəbilələr başqa ərazilərə köçməyə başlayıblar.




Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar