Ru
20:25 / 04 Yanvar 2025

Dünyanı gözləyən dəhşətli təhlükə: Dəniz səviyyəsi 1 metr qalxarsa...

Dünyanı gözləyən dəhşətli təhlükə: Dəniz səviyyəsi 1 metr qalxarsa...
1844

Dəniz səviyyəsi bir metr qalxarsa, dünyanın ən böyük neft limanları su altında qala bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Quardian” qəzeti İsveç iqlim təşkilatı Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) araşdırmasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çin, Niderland, BƏƏ, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur və ABŞ-da 13 liman risk altındadır.

Krallığın neftinin 98%-ni ixrac etdiyi Səudiyyə Ərəbistanındakı Ras Tannur və Yanbu limanlarının ən həssas olduğu bildirilir. ICCI hesabatına həmçinin Leninqrad vilayətindəki Ust-Luqa limanı, Texasın Hyuston və Qalveston limanları, Niderlandın Rotterdam, Qətərin Fujairah və Kaur Fakkan, Çinin Dalian, Ninqbo və Şanxay və Cənubi Koreyanın Kvanqyanq limanı bura daxildir.

Təşkilatın məlumatına görə, hazırda dəniz səviyyəsinin 1 metr qalxması qaçılmaz bir proses kimi görünür. Alimlərin fikrincə, karbon emissiyaları azalmasa, bu ssenari 2070-ci ilə qədər reallaşa bilər. Mütəxəssislər qeyd ediblər ki, bərpa olunan enerji mənbələrinə keçid qlobal istiləşmənin artmasının qarşısını almağa kömək edəcək.

Qeyd olunur ki, fəlakətli ssenaridə dəniz səviyyəsi 2100-cü illərin birinci yarısında üç metrə qədər yüksələ bilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar