Ru
20:47 / 18 Aprel 2025

Dünyanın ən hündür körpüsü tikilir - FOTO+VİDEO

Dünyanın ən hündür körpüsü tikilir - FOTO+VİDEO
Eye

Çində dünyanın ən hündür körpüsü tikilir.

Bakupost.az xəbər verir ki, bu barədə Oddity Central bildirib.

Çinin Quançjou əyalətində yeni dünya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir. Beypan çayı üzərində tikilən Huatszyan Grand Kanyon körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyat üçün açılacaq. Layihə regionda qürurverici ənənəni davam etdirəcək - Quançjou artıq dünyanın 100 ən hündür körpüsünün yarısından çoxuna ev sahibliyi edir.

Tikinti 2022-ci ilin yanvarında başlayıb və hazırda 95% tamamlanıb. Guizhou Highway Group-un baş mühəndisi Çjan Şenlinin sözlərinə görə, körpü “Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə” olacaq. O, Beypan çayı vadisinin "Yer çatı" kimi tanınan ən dərin hissəsindəki sahilləri birləşdirərək, keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.

Nəqliyyat funksiyasından əlavə, körpü yeni turistik məkana çevriləcək. Qüllələrdən birində panoramik mənzərəli şüşə lift, ulduzları seyr etmək üçün bar və kafe olacaq. Ekstrim həvəskarları üçün körpüdə şüşə döşəməsi olan müşahidə göyərtəsi və dünyanın ən hündür tullanış nöqtəsi var.

Zaur,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar