Ru
16:27 / 10 Fevral 2025

Dünyanın ən hündür nöqtəsi ilə bağlı MARAQLI FAKT

Dünyanın ən hündür nöqtəsi ilə bağlı MARAQLI FAKT
Eye


Everest əvvəllər okeanın dibi olub.

Baskupost.az xəbər verir ki, bu barədə "Sputnik" radiosunun efirində Ümumrusiya Elmi-Tədqiqat Geologiya İnstitutunun baş direktoru Pavel Ximçenko danışıb.

“Uzun müddət əvvəl Yer kürəsinin ən yüksək nöqtəsi o zaman mövcud olmuş Tetis okeanının dibi olub. Bizdə bunun sübutu var”, - deyə alim bildirib.

Onun sözlərinə görə, bu hadisə təxminən 70 milyon il əvvəl baş verib. Ximçenko əlavə edib ki, Everestin zirvəsi ilk növbədə qədim dəniz canlılarının qabıqlarından ibarət olan süxurdan "yığılıb".

Qeyd edək ki, planetin ən yüksək nöqtəsi olan Everestin hündürlüyü 8848 metrə çatır.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar