Bu yaxınlarda Şotlandiyada velosiped sürən gənc bilmədən bir bitkiyə toxunduğu üçün dəhşətli ağrılarla üzləşməli olub.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisədən sonra gəncin toxunduğu bitkinin adının dovşanotu olduğu öyrənilib.
Ross Makferson adlı gəncin dediyinə görə, bitkiyə toxunduqdan cəmi bir neçə saat ərzində onun əli qızarmağa və ağrımağa başlayıb.
Dərhal həkimə müraciət edən gənc bir müddət müalicə olunduqdan sonra öz sağlamlığına qovuşa bilib.
Nəhəng dovşanotu bitkisi isə Herakleum Apiakeae ailəsinə aid bir bitkidir və Avrasiya mənşəlidir. O xüsusilə Qərbi Qafqaz regionuna aiddir.
Vasif
BakuPost