Ru
17:11 / 19 Noyabr 2024

Dünyanın ən uzun pizzası hazırlandı - 7 ton xəmir, 3 ton pendir...

Dünyanın ən uzun pizzası hazırlandı - 7 ton xəmir, 3 ton pendir...
Eye

Uzun müddət 2012-ci ilin dekabrında Romada hazırlanan pizza ən böyüyü hesab olunurdu. Onun “müəllifi” NIPfood restoranının aşpazı Dovilio Nardidir. Həmin pizzanın digər diqqətəlayiq xüsusiyyəti onun 100% qlütensiz olmasıdır.

Bakupost.az xəbər verir ki, bu rekord Pizza Hut ilə əməkdaşlıq edən “Airrack” kimi tanınan ABŞ bloggeri tərəfindən qırılıb.

Onlar birlikdə 1299,71 kvadratmetr sahəsi olan pizza hazırlamağa müvəffəq olublar.

Bu kulinariya şah əsəri üçün 6193 kq xəmir, 2244 kq şirin sous, 3992 kq pendir və 630 496 ədəd pepperoni salyaminin istifadəsi tələb olunub.

Təqdimatdan sonra pizzaya nə oldu?

Ənənəyə görə, hissələrə bölünərək Mələklər Şəhərinin xeyriyyə təşkilatlarına bağışlanıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar