Braziliyalı Joao Marinho Neto dünyanın ən yaşlı kişisi olaraq tanınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.
Neto bu statusu noyabrın 26-da britaniyalı Con Tinnisvudun ölümündən sonra alıb. Tinnisvud 112 yaşında idi, Netonun isə hazırda 112 yaşının tamam olmasından 52 gün keçib. O, 1912-ci ildə doğulan sonuncu insandır. Həyatının çox hissəsini fermerliyə hesr edib.1994-cü ildə dul qalıb, lakin onun hələ də böyük ailəsi var: altı övladı, 22 nəvəsi, 15 nəticəsi və üç kötükcəsi.
Neto öz uzunömürlülüyünün sirrini onu əhatə edən yaxşı insanlar və hər zaman ailə və yaxınları arasında qalmağa çalışmasında görür.
Lalə, Bakupost