Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:54 / 25 Noyabr 2024

"DXR"-də iki ukraynalı əsgərə 24 il iş verildi

472

Rusiyada iki Ukrayna hərbçisi mülki şəxsi güllələdiklərinə görə 24,5 il həbsə məhkum edilib

Qondarma Donetsk Xalq Respublikasının "Ali Məhkəməsi" Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisini mülki şəxsi güllələməkdə günahkar bilib və onlara 24,5 il həbs cəzası verib.

Bakupost.az Lenta.ru-ya istinadən xəbər verir ki, "DXR" prokurorluğunun məlumatına görə, 36-cı ayrıca dəniz piyadası briqadasının hərbçiləri 22 yaşlı Anton Sayun və 24 yaşlı Valentin Xarlamov 2022-ci ilin mart ayında Mariupol şəhərində döyüş mövqeyində olublar. "Məhkəmə"nin iddiasına görə, hərbçilər komandirin əmri ilə mülki bir şəxsi hədəf alıb və ona atəş açıblar. O, yerindəcə keçinib.
Məhkəmə hər iki hərbçini Rusiya Cinayət Məcəlləsinin 105-ci (siyasi və ideoloji nifrət motivləri ilə təşkilatçılıqla adam öldürmə) və 356-cı (işğal altındakı ərazilərdə mülki əhaliyə qarşı amansız rəftar) maddələrinə görə təqsirli bilib. Sayun və Xarlamov hər biri 24 il 6 ay müddətinə cəzalandırılıblar.

Lalə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar