Ru
09:52 / 17 Fevral 2025

EBRD-nin Azərbaycana ümumi investisiyaları 4 mlrd. avronu ötdü

EBRD-nin Azərbaycana ümumi investisiyaları 4 mlrd. avronu ötdü
Eye

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla müqayisədə 2,1% və ya 22 mln. avro artaraq 1 mlrd. 52 mln. avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı 32-dən 33-ə yüksəlib.

Bu barədə Bakupost.az -a EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 92%-ni (964 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (54 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (34 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 12,8% artaraq 754 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 195 layihə çərçivəsində 4,040 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 82,8%-i (3,346 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 37%-ə yüksəlib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar