Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:25 / 12 Noyabr 2024

Əbülfəs Qarayevdən iddialara cavab: Ölkədən niyə qaçmalıyam?

1788
“Mən heç yerə qaçmamışam. Ölkədən niyə qaçmalıyam ki?!"

Bunu Bakupost.az -a sabiq mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-da görüntülənməsindən sonra ölkədən qaçması haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Sabiq nazir elmi işlərlə məşğul olduğunu , bu səbəbdən bəzən xarici ölkələrə səfər etdiyini bildirib:

"Həmin videoya da elmi konfransa gedərkən təsadüfən düşmüşəm. Hazırda İngiltərədə mühazirə oxumaq üçün dəvət almışam və ora getməyə hazırlaşıram".

Hazırda Azərbaycanda olduğunu vurğulayan Ə.Qarayev Azərbaycan Turizm və Menecement Universitetində dosent vəzifəsində çalışdığını, eyni zamanda İngiltərənin Koventri Universitetin fəxri doktoru olduğunu vurğulayıb.

Qeyd edək ki, qazaxıstanlı bloger Madina Su Nyu-Yorkda video çəkərkən, həmin vaxt təsadüfən küçədən keçən Əbülfəs Qarayev də kadra düşüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar