Ru
17:05 / 03 Dekabr 2024

”Eco Debat” layihəsi başa çatdı - FOTO

”Eco Debat” layihəsi başa çatdı - FOTO
Eye

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən ”Eco Debat” layihəsi baş tutub.

Bakupost.az xəbər verir ki, Layihə ümumilikdə 3 günü əhata edib. Layihənin əsas məqsədi gənclərə araşdırma bacarığını aşılamaq, onların debata olan marağını artırmaq idi.
İlk gün debat haqqında təlim və şou debat həyata keçirilib. İkinci gün debat turniri baş tutub. Son gün isə panel görüşdə "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Ayşən Camalzadə, "Eco Hub"ın sədri Tükəzban Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova iştirak edib.

Qeyd edək ki, "Sosial məsuliyyət və gənclərin ekologiya sahəsində rolu" mövzusunda müzakirə apardıqdan sonra iştirakçılar suallarını ünvanlayıblar.

Layihə sonunda iştirakçılara sertifikat təqdim edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar