Ru
14:43 / 01 Aprel 2025

Ədalət Partiyası yeni sədr seçməyə hazırlaşır

Ədalət Partiyası yeni sədr seçməyə hazırlaşır
Eye

Ədalət Partiyası yeni qurultayın keçirilməsi ilə bağlı qərar verəcək.

Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya sözügedən partiyanın təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli deyib. O bildirib ki, nizamnaməyə görə, partiyanın sədri qurultayda seçilməlidir:

"Martın 31-də Ədalət Partiyasının eks sədri, mərhum İlyas İsmayılovun qırx mərasimi keçirilib. Partiya üzvlərindən bir qrupu əvvəlcə İlyas müəllimin məzarını ziyarət edib, əklil qoyub, ruhuna dualar oxuyublar. Mənəvi dəyərlərimiz Ədalət Partiyasında yüksək tutulduğundan, biz indiyədək nə yeni sədr, nə də qurultay haqqında müzakirələr aparmışıq”.

Mütəllim Rəhimli yalnız bundan sonra qurultayın keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini mümkün sayır:

"Çox güman ki, yaxın günlərdə partiya rəhbərliyinə daxil olan şəxslər toplaşıb qərar verəcəklər”.

Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 2024-cü ilin sonlarında insult keçirib. Reanimasiyaya yerləşdirilən partiya sədri 2025-ci ilin yanvarında komaya düşüb.

İlyas İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib. O, Nardaran qəbiristanlığında dəfn olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar