Ru
12:52 / 07 Aprel 2025

"Ədalət" daxilində mübarizə qızışır - Mütəllim Rəhimov sədrliyə iddasını ortaya qoydu

"Ədalət" daxilində mübarizə qızışır - Mütəllim Rəhimov sədrliyə iddasını ortaya qoydu
Eye

Mərhum İlyas İsmayılovdan sonra Ədalət Partiyasında sədr kreslosu uğrunda mübarizə başlayıb.


Partiya qurultaya hazırlaşdığı bir zamanda sədr müavini Elxan Şükürlü mətbuata açıqlamasında bildirib ki, qurumda hazırda Ədalət Partiyası sıralarında mərhum İlyas İsmayılov kimi zəngin həyat və idarəçilik təcrübəsinə malik, yüksək elmi-siyasi hazırlıqlı, hamını öz ətrafında birləşdirməyi və qoruyub saxlamağı bacaran, siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə və maddi resurslara sahib, prezidentliyə iddialı ikinci yetkin bir insan - lider yoxdur:
Elxan Şükürlü

"Məsələnin hüquqi və ilk baxışdan da hamıya sadə görünən tərəfi budur ki, partiya qurultaya gedəcək, o qurultayda yeni sədr seçiləcək və onunla da yola davam ediləcək. Lakin bu, təkrar edirəm, yalnız məsələnini görünən tərəfidir".

Elxan Şükürlü nə dərəcə haqlıdır, doğrudanmı Ədalət Partiyasında siyasi fəaliyyət üçün zəruri olan bütün keyfiyyətlərə malik bir şəxs yoxdur?

Bakupost.az xəbər verir ki, Ədalət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimov Qaynarinfo-ya açıqlamasında hazırda partiyada qurultaya hazırlıq işlərinin getdiyini vurğulayıb:

Mütəllim Rəhimov

"Nizamnaməyə görə, Ədalət Partiyası qurultayla bağlı qərar verməlidir. Biz bu istiqamətdə müzakirələr aparırıq. Belə bir fikir var ki, qurultayadək partiyada olan fikir ayrılıqlarını həll edək və vahid namizəd üzərində dayanaq".
Mütəllim Rəhimov vahid namizədlə bağlı fərqli fikirlərin olduğunu bildirib:

"Bir fikir var ki, biz qurultaya vahid namizədlə gedək. Digər təklifə görə, bütün namizədlərlə birgə qurultaya gedək, orada seçki keçirilsin və sədr seçilsin”.
Mütəllim Rəhimov qurultayda namizəd olacağını da açıqlayıb:

"Mən Ədalət Partiyasınin yaranmasında İlyas müəllimlə bərabər iştirak etmişəm. Partiya üzvlərini tanıyıram. Onlar da məni yaxşı tanıyırlar. Buna görə də mənə çoxsaylı təkliflər gəlir ki, namizədliyimi verim. Düşünürəm ki, Ədalət Partiyasıni yaşatmaq, ideoloji-siyasi platformasını davam etdirmək üçün bu təkliflərə müsbət yanaşmalıyam”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar