Ru
18:25 / 07 Aprel 2025

Ədalət Verdiyev azadlığa buraxıldı

Ədalət Verdiyev azadlığa buraxıldı
Eye

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi başa çatıb.

Bakupost.az -ın “qafqazinfo”ya istinadən məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. Ona üç il azadlıqdan mərhumetmə cəzası təyin edilib. Lakin həmin müddət şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar