Ru
16:04 / 07 Sentyabr 2024

Ədliyyə Nazirliyinin əsasnaməsində dəyişiklik edildi

1533
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.

Bununla belə, Əsasnaməyə edilən əlavəyə görə, nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir.

Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək kimi hüquqlara malikdir.
Şərhlər
  • B.Qarabağlı

    Siyasi Partiya-eyni İctimai-iqtisadi idarə üstqurumunu seçən-qəbul edən cəmiyyət birliyi deyilmi? Yoxsa, heç biri Qarabağın azadlığına getməyən müxtəlif *arxalıqlı*, *önlüklü* Xalq Cəbhələri, azad, (ya tabe və nədənsə qəti sosialist olmaq istəməyən), uzaq, yaxın Demokrat, gizlənmiş Liberal və siyasi məramca fərqlənməyib, müxtəlif vəzifə və deputatlıq, uzağı hansısa *Gücün* sözlərini deyəcək naməlum birliklər? Partiya adları müxtəlif olsa da hələlik dünyada cəmiyyətlərin quruluşunu müəyyən edən cəmi üç üstqurum, yəni siyasi düşüncə cərayanı mövcuddur!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar