Ru
19:44 / 27 Fevral 2025

Eduard Məmmədov vitse-prezident təyin olundu

Eduard Məmmədov vitse-prezident təyin olundu
Eye 1090

Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Report-a dəfələrlə dünya və Avropa çempionu olan idmançının özü məlumat verib.


O, Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin etimadını doğruldacağını və kikboksinqin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib:

"Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün çalışacağıq".

AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında baş tutan tədbirdə Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident təyin edilib. Həmçinin Orxan Əliyev federasiyada prezident vəzifəsini davam etdirəcək.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar