Ru
22:06 / 07 Yanvar 2025

"Əgər Qrenlandiyadan imtina etməsələr..." - Tramp Danimarkanı hədələdi

"Əgər Qrenlandiyadan imtina etməsələr..." -  Tramp Danimarkanı hədələdi
1716

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Danimarka Qrenlandiya ilə bağlı iddialarından əl çəkməlidir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, bunu Mar-a-Laqo (Florida ştatı) iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

"İnsanlar Danimarkanın Qrenlandiyaya hər hansı qanuni hüquqlarının olub-olmadığını belə bilmirlər, lakin əgər varsa, ondan imtina etməlidir, çünki Qrenlandiya milli təhlükəsizliyimiz üçün bizə lazımdır. Bu, azad dünya naminədir. Baxın, heç durbinə belə ehtiyac yoxdur: Çin və Rusiya gəmiləri hər yerdədir”, - deyə Tramp bildirib.

Seçilmiş prezident qrenlandiyalıların müstəqilliyə və ya Birləşmiş Ştatlara qoşulmağa səs verə biləcəyini deyib edib. O, Danimarka hakimiyyət orqanlarının krallığın tərkibindəki muxtar vahidə iddialarını davam etdəcəyi təqdirdə ona qarşı yüksək rüsumlar qoymağa hazır olduğu barədə xəbərdarlıq edib.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar