Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 271 mln. manat xərclənib.
Bakupost.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini (109,3 mln. manat) 5,6% üstələyib.
Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.