Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:46 / 17 Oktyabr 2024

Əhalinin nəzərinə! Hava limanına bu marşrutlarla gedin

580
Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakupost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayaraq, bu durumda hava limanına getməli olan sərnişinlərə tövsiyələr edib:

- Gecikmələrin qarşısını almaq üçün səfərlərinizi öncədən planlayın.

- Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə edin.

- İctimai nəqliyyat vasitələrinə üstünlük verin. “Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar