Ru
13:01 / 25 Mart 2025

Əkrəm İmamoğlu həbsdən mesaj yaydı - Ərdoğanın anasının müdafiəsinə qalxdı

Əkrəm İmamoğlu həbsdən mesaj yaydı - Ərdoğanın anasının müdafiəsinə qalxdı
Eye

Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anasının təhqir olunmasını pisləyib.

Bakupost.az xəbər verir ki, bu barədə onun sosial hesabındakı paylaşımında qeyd olunub.

"Siyasi tariximizin gördüyü ən böyük ədalətsizliklərdən biri ilə qarşı-qarşıyayam. Əlbəttə, hər bir qanuni yolu istifadə edərək mübarizə aparacağıq. Lakin baş verənlərə və çörək kimi, su kimi, hava kimi müqəddəs bildiyim analarımıza təhqirlər yağdırılmasına ürəyim acıyır. Prezidentin anasına qarşı edilən təhqirləri qınayıram. Allahdan ona rəhmət diləyirəm.

Həbsxanada olmamızı fürsət bilib, anamla, həyat yoldaşımla və ailəmlə bağlı əxlaqsız paylaşımlar edənlərə qarşı prokurorluğu dərhal işə qarışmağa çağırıram. Biz iqtidara gələndə, siz etdiyiniz hər şeyi biz etməyəcəyik. Ədalət hər kəsin güvənc yeri olacaq, hüquq hər kəsin can və mal təhlükəsizliyini təmin edəcək, heç kəs kiminsə malına, mülkünə, şərəfinə, qüruruna, heysiyyətinə əl uzadamayacaq", - Ə.İmamoğlu paylaşımında yazıb.

Qeyd edək ki, İstanbulun Saraçhane rayonunda icazəsiz aksiya zamanı bir qrup şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, anası və ailəsini təhqir edib. Polis hərəkətə keçərək, 43 nəfəri saxlayıb, digər şübhəlilərin də yaxalanması üçün axtarışlar davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar