Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:30 / 02 Dekabr 2024

Ekspertdən bankların ünvanına CİDDİ İTTİHAMLAR

486

“Bank sektorunda yaranmış problemlərə daha fundamental və dərin yanaşmaq lazımdır. Nəinki bankların sayı və struktur məsələlərinə, regional və xarici ölkələrlə birgə bankların açılması məsələsinə də. Əgər xarici banklar real sektora, istehsala yönəlik investisiyalara xidmət etməyəcəklərsə, onların ölkəyə gəlişi ilə investisiya artımına nail olmayacağıqsa, gəlməsələr, daha yaxşıdır. Bizə lazımdır ki, real sektora investisiyalar artsın. Bank sektorunun, sisteminin tək missiyası pulu yaratmaq və investisiyaları istiqamətləndirməkdir. Bank sisteminin fəlsəfəsi də, mahiyyəti də budur”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.

O hesab edir ki, bank sistemi iqtisadiyyatdan, real sektordan təcrid olunmamlı, özü-özünə mənfəət yaratmaqla funksiyasını məhdudlaşdırmamalıdır:

"Bu çox prinsipial bir məsələdir. Əgər ölkəyə xarici bank gəlirsə, bu məsələləri prioritet kimi götürmürsə, onda onun gəlməyinin heç bir xeyri yoxdur. Bu məsələlərin prioritet götürülməsi üçün müvafiq qaydada aidiyyatı qurumlar, ilk növbədə Mərkəzi Bank effektiv sistem təşkil etməlidirlər. Nəticədə banklar real sektora istiqamətlənə, kreditlərini investisiya yönümlü edə bilərlər. Banklar bu gün nə dərəcədə ölkədəki investisiya resurslarında iştirak edirlər? Ölkənin investisiya tutumunda Bankların xüsusi çəkisi çox cüzidir. Belə olan halda istər yerli, istər xarici banklar olsun, biz onlardan müsbət nəticələr görməyəcəyik. Bəli, rəqabət mühiti üçün hansısa xarici bank ölkəyə gətirilə bilər. Amma milli iqtisadiyyatımızın maraqları çərçivəsində. Maraqlarımız isə onu diqtə edir ki, bank sektoru investisiyalara xidmət etməlidir. Bank sektorunun yaxşı işləməsini onun dövlətin iqtisadi maraqlarına nə dərəcədə cavab verməsi ilə ölçmək lazımdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar