Tanınmış bloger Elçin Lənbəranskinin parlament seçkilərinə namizədliyi ləğv olunub.
Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.
E. Lənbəranski məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib:
“Cənab Prezident 500 imzanı evbəev toplamışam. Bütün sənədlərimi təqdim etmişəm, hər biri düzdür. Namizədliyimi 98 saylı Bərdə Seçki dairəsi ləğv etdi. Dedilər, adına 0.27 sot torpaq var. 20 ildir, yaşamadığım Lənbəranda heç o torpaqdan xəbərim yoxdur. Nə bir şans, nə də imkan vermirlər. Məni kiminsə tapşırığı ilə “kəsdilər”” , deyə bloger qeyd edib.
Elnur
BakuPost