Ru
20:13 / 07 İyun 2024

"Elə haqq qoyublar ki, maşın sahibi avtomobilini çölə tullayacaq" - VİDEO

"Elə haqq qoyublar ki, maşın sahibi avtomobilini çölə tullayacaq" -  VİDEO
7088

"2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyi haqqında Dövlət Proqramı başa çatsa da, onun hansı hissələrinin işləndiyi, hansının qaldığı barədə heç nə bilmirəm. Müəyyən işlər görülə bilər. Amma proqramın icrası çox pis vəziyyətdə qaldı. Mən o proqramla tanış olmuşdum, orada gözəl layihələr vardı. Amma proqramı yerinə yetirməli olan dövlət qrumları öz aralarında koordinasiya aparmadılar. Onun yerinə yetirilməsi üçün bir nəfər məsul şəxs olmalı idi. O bütün qurumları əlaqələndirməliydi".

Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov bildirib.

O, köhnə avtomobillərin utilizasiyası ilə bağlı məsələyə də toxunub:

"Utalizasiya məsələsi ilə bağlı qaydalar düzgün müəyyən olunmadı. Çünki onun icra mexanizmi yoxdur. İkincisi, elə utilizasiya haqqı müəyyən olunub ki, maşın sahibi aparıb avtomobili çölə tullayacaq, amma həmin utilizasiya haqqını verməyəcək".

Ətraflı videoda...




Zahid
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar