“Xaricdə olan bir çox peşələrin diplomları ölkəmizdə tanınmır".
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bu gün ölkədən xaricdə - ABŞ-də, Avropada, Türkiyədə Perfiziyoloqiya ixtisası üzrə oxumuş insanlar var:
"Onların diplomları ölkəmizdə tanınmır. Bəzən belə xüsusi sahələrə xüsusi yanaşmalar tətbiq olunmalıdır. Bir çox sahələrdə elə ixtisaslar var ki, bizim ölkəmizdə bu ixtisaslar tanınmır. Sürətli dəyişən dünyamızda xaricdə alınan diplomların tanınmaması problemi, təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyən ciddi faktordur”.