Ru
22:45 / 08 Oktyabr 2024

Elektrik avtomobili almaq istəyənlərə şad xəbər

Elektrik avtomobili almaq istəyənlərə şad xəbər
4871

"Milli Məclisin bu gün keçirilən plenar iclasında elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının daha 2 il müddətində ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul olundu. Qeyd edək ki, bu güzəştlər gələn ilin yanvarın 1-də başa çatırdı. Yeni dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dək enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən azadolması nəzərdə tutulur".

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, yeni dəyişikliyin elektrik avtomobil sahibləri üçün vacib olan enerji doldurucularının sayının artmasına səbəb olacağı gözlənilir:

"Belə ki, hazırda elektrik avtomobillərinin sayının sürətlə artması enerji doldurucularına tələbi yüksəldib. Bu kontekstdən, yeni qaydalar sahibkarlar tərəfindən belə enerji doldurucularının idxalına və satışına marağı daha artıracaq. Güzəştin əvvəlki illərdə də qüvvədə olmasına baxmayaraq, elektrik avtomobillərinə tələbin 2024-cü ildən sürətlə artması müşahidə olunur. Gözlənilir ki, güzəşt müddətinin uzadılması ölkəyə idxal edilən elektrik avtomobillərinin də sayını artıracaq. Bu isə avtomobil bazarının bu seqmetində canlanmaya səbəb ola bilər".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar