Ru
17:14 / 03 İyul 2024

Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

1599
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, prokuror cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.

Media ekspertinin vəkili Aqil Layıc təqdimata etiraz edib, müvəkkilinin sərbəst buraxılmasını xahiş edib.

Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Ə.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Birazdan III Respublika Platformasının üzvü Ruslan İzzətlinin də həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.

Qeyd edək ki, Ə.Məmmədli və R.İzzətli qaçaqmalçılıqda ittiham olunurlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər