Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.
Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.
Qeyd edək ki, DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.
Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam etdirilir.
Düşünürəm ki,bu qərar hakimiyyətə qarşı barışmaz müxalif bir partiyaya sədrinə qarşı sifarişli,qərəzli və çox biabırçı qərardır. Necə olur ki, Əli doktorun ,tərtər cinayətləri,hakimiyyətin susqun razılığı fonunda ölkədə hökm sürən dəşətli korrupsion faktlarla bağlı KİVİ-lərdə açıqlamaları hüquq mühafizə orqanlarının tədqiqat predmeti olduğu halda hakimiyyət sanki hecnə olmayıbmış kimi özünü aparır. Halbuki Əli doktorun açıqlamaları ona inkriminasiya edilən əməldən qat-qat ağır cinayətdir. Ağalar: Kəndistan yeridir,bəli kəndistan, Bəzən Tanrıya da ağ olur insan. Heç olmasa Qazaxstanda baş verənlərdən ibrət götürün. Sizlərin bu korluğu millətin başında çatlayacaq.Amma sizdə kənarda qalmayacaqsınız.