Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:17 / 28 Oktyabr 2024

Əli Əsədov gürcü həmkarını təbrik edib

427
Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.

Bu barədə Bakupost.az -a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.

Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar