Ru
20:16 / 15 Aprel 2025

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü
Eye

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir Əli Əsədovla görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə M.Kavelaşvili X hesabında yazıb.

Dövlət başçısı görüşün məhsuldar keçdiyini vurğulayıb.

M.Kavelaşvili bildirib ki, görüşdə Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq müzakirə olunub.

“Biz ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin və birgə regional layihələrin təşviqinin vacibliyini vurğuladıq. Mən həmçinin regionda sülh və sabitliyin mühüm rolunu qeyd etdim, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyinə görə Azərbaycana minnətdarlığımı bildirdim”, - Prezident yazıb.

Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən, görüşdə Orta Dəhlizin və yükdaşımalarının artırılmasının əhəmiyyəti də vurğulanıb. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin önəmini də qeyd ediblər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar