Ru
19:36 / 04 Noyabr 2024

Əlil anasını çiyninə alıb ölkə turuna çıxdı - FOTO

Əlil anasını çiyninə alıb ölkə turuna çıxdı - FOTO
1118

Çin sakini Sya Mo hələ 8 yaşında olanda validyenləri qəzaya düşüb. Atası həlak olub, anası əlil.

Bakupost.az xəbər verir ki, indi şəxsi restoranını açan 31 yaşlı Syao anası ilə ölkəni başdan-ayağa gəzməyə çıxıb. Belə ki, anasında həkimlər beyin atrofiyası aşkarlayıb. Bu xəstəliklə qadın getdikcə uşaqlaşacaq, yaddaşını itirəcək. Buna görə oğlu anası nə qədər dünyanı anlayır, ona ölkəni göstərmək qərarına gəlib. O, evini, restoranını sataraq, anasını da götürüb səyahətə çıxıb. Onlar indi hətta ən ucqar yerlərə belə gedirlər.

Syao yolda bəzən yaşlı anasını çiyninə, qucağına alır. Sosial şəbəkə istifadəçiləri oğlanın bu hərəkətinə heyranlıq olduqlarını bildirib və dəstək üçün pul göndərməyə başlayıblar. Syao uzun aylar səfərdə olmaq istəyir. O nə qədər ki xəstəlik irəliləməyib, anasına hər yeri göstərmək niyyətindədir.

Aygün M, BakuPost

Əlil anasını çiyninə alıb ölkə turuna çıxdı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar