Ru
10:49 / 12 İyul 2024

Beyin əməliyyatı keçirən aktyor fəxri ad istəyir

40958
Xəbər verdiyimiz kimi, uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib.

Bakupost.az -a danışan aktyor əməliyyatdan sonra əlinin əsməsinin dayandığını bildirib.

O, tez-tez xaricdə beyin pili əməliyyatını həyata keçirən həkimləri izlədiyini deyib:

“Xaricdə bu cür həkimləri görəndə paxıllığım tuturdu. Rusiyada, Ukraynada, Almaniyada bu əməliyyatı həyata keçirən həkimlər var. Amma bizdə yox idi. Sonra Teyyub həkimlə tanış oldum və öyrəndim ki, o, Türkiyədə təhsil alıb, Azərbaycanda bu əməliyyatı həyata keçirir”.

A.Yolçuyev əməliyyat xərclərinin klinika tərəfindən qarşılandığını bildirib:

“Əməliyyat xərclərinə görə klinika mənə güzəşt etdi. Klinikaya da, sizlərə də təşəkkür edirəm, daim yanımda olmusunuz”.

Aktyor illərdir ona fəxri ad verilməməsindən də gileylənib:

“Fəxri ad almamağım məni çox narahat edir. Həmişə fikirləşirəm ki, niyə mənə bu adı vermirlər. Ona görə sizin vasitənizlə müvafiq qurumlara müraciət edirəm ki, bu məsələni diqqətə götürsünlər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar