Ru
11:14 / 12 Dekabr 2024

Kanalda boğulan oğlanın meyiti tapıldı - YENİLƏNDİ

Kanalda boğulan oğlanın meyiti tapıldı - YENİLƏNDİ
Eye

09:54

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.


Bakupost.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.

2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.

Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

*******

Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.

Bakupost.az xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.

Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar